Koronavirus pandemiyasında son vəziyyət
ABŞ və Braziliyada koronavirusa yoluxanların sayı sürətlə artır
ABŞ və Braziliyada yeni "COVİD-19" virusunun sürətlə yayılması ciddi narahatlıq doğurur.
Səhər Azəri bildirir ki, ABŞ və Braziliyada koronavirusa yoluxanların sayı durmadan artmaqda davam edib.
Məlumata əsasən Birləşmiş Ştatlarda son sutkada ölkədə COVİD-19 infeksiyasına 40.423 yoluxma və virusdan 807 (cəmi - 193 195) ölüm hadisəsi qeydə alınıb.
ABŞ-da koronavirus pandemiyası başlayandan indiyədək yoluxmuş insanların ümumi sayı 6,5 milyona yaxınlaşır - 6 467 481.
Braziliyada isə ötən sutka ərzində yeni növ koronavirusa 15 minə yaxın nəfər yoluxub.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama verib.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 330 455 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 415 nəfər ölüb, ölənlərin ümumi sayı 131 625 nəfər təşkil edir.