Vaşinqton-Pekin münasibətlərində gərginlik azalmır
Çinin Müdafiə Nazirliyi Pentaqonon hesabatına reaksiya verib
Çin ABŞ-ın Müdafiə Nazirliyi Pentaqonun bu ölkənin hərbi gücü ilə bağlı hesabatını rədd edib.
Səhər Azəri bildirir ki, Çinin Müdafiə Nazirliyi bir bəyanat yayaraq, Pentaqonon Çinin hərbi büdcəsinin artırılmas, raket potensialının artırılması, nüvə başlıqları və Tayvan məsələləri ilə bağlı hesabatını əsassız və təhrikedici dəyərləndirib.
Eyni zamanda Çinin müdafiə Nazirliyinin mətbuat katibi deyib: "Bu ölkənin hərbi inkişafı, milli hakimiyyət, təhlükəsizlik və inkişafın qorunması məqsədi daşıyır və heç bir ölkə üçün təhdid təşkil etmir.
Vu Kian ABŞ-ın İraq, Suriya, Liviya və digər ölkələrdəki terrorçu hərəkətlərinə toxunaraq, vurğulayıb: "Vaşinqtonun regionda əmin-amansızlıq mənşəyi olması, dünya nizamını pozması və sülhü məhv etməsinə dair bir çox faktlar vardır".
ABŞ-ın Müdafiə Nazirliyi son zamanlar heç bir fakt irəli sürmədən, Çinin nüvə arsenalını təkmilləşdirməyə çalışdığını iddia etdi.
ABŞ və Çin rəsmilərinin bir-birinə qarşı mövqe sərgiləməsi demək olar ki, gündəlik hal alıbdır.