Sen 18, 2020 08:42 Asia/Baku
  • London meri İngiltərə paytaxtında mənzilin böhranlı durumu haqda xəbərdarlıq edib

London meri İngiltərənin mühafizəkar hökumətinə bu ölkə paytaxtında böhranlı mənzil durumu haqda xəbərdarlıq edib.

SəhərAzəri xəbər verir, Sadiq xan təklif edibdir ki, cari 2020-ci ildə ev kirayəsini ödəməkdə aciz qalan kirayənişinlərin icbari təxliyəsinin qarşısının alınması üçün Londonda icarə məbləği artmasın.

Bu təkliflə, London meri İngiltərə paytaxtında yarım milyon kirayənişinin vəsaitlərinin çölə atılmasının qarşısını almaq niyyətindədir.

London meri bu şəhərdə mənzil icarəsi məbləğinin iki il sabit saxlanılmasını istəməyi planlaşdırır.

Koronavirus pandemiyasının və iş yerlərinin bağlanmasının ardınca İngiltərə hökuməti elan etmişdi ki, mənzil icarəsini ödəməyə gücü çatmayan kirayənişinlər, eləcə də mənzil krediti hissələrini ödəyə bilməyən ev sahibləri məsuliyyətə cəlb olunmayacaqlar.

İngiltərədə «Şelter» xeyriyyə təşkilatı xəbərdarlıq edibdir ki, koronavirus pandemiyasının başlandığı zamandan bəri təqribən 227 min nəfər mənzil kirayəsini və ya mənzil krediti hissələrini ödəyə bilməyib və onlar hazırda evsizlik təhlükəsi ilə üzləşirlər.

Teqlər