ABŞ nüvə silahlarını Avropadan çıxarmaqdan imtina edib
https://azeri.sahartv.ir/news/dünya-i367524-abŞ_nüvə_silahlarını_avropadan_çıxarmaqdan_imtina_edib
“ABŞ Rusiya ilə təklif olunan hər hansı bir mövzunu müzakirə etməyə hazırdır, lakin nüvə silahlarını Avropadan çıxarmayacaq”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 21, 2020 05:23 Asia/Baku
  • ABŞ nüvə silahlarını Avropadan çıxarmaqdan imtina edib

“ABŞ Rusiya ilə təklif olunan hər hansı bir mövzunu müzakirə etməyə hazırdır, lakin nüvə silahlarını Avropadan çıxarmayacaq”.

Səhər Azəri bildirir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Marşal Billinqsli "Kommersant" qəzetinə verdiyi müsahibəsində bildirib.

RİA Novosti-nin verdiyi məlumata görə,  jurnalistin ABŞ-ın nüvə silahlarını Avropadan çıxarmağa hazır olub-olmadığına dair sualının cavabında Billinqsli qəti cavab verib: “Xeyr, biz bunu etməyəcəyik. Ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq”.

Rusiya ABŞ-ın Avropadakı nüvə silahlarını öz təhlükəsizliyinə qarşı təhdid hesab edir.