Rusiya İrana silah satmaqdan qorxmadığını bildirdi
Moskva: ABŞ-dan qorxmuruq
Sen 21, 2020 15:37 Asia/Baku
Rusiya İran ilə silah ticarətinə görə ABŞ-ın sanksiyalarından qorxmur.
Səhər Azəri bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
TASS xəbər agentliyinin bildirdiyinə görə, Sergey Ryabkov Rusiyanın İran ilə silah ticarətinə görə ABŞ-ın sanksiyalarına məruz qalması ehtimalından çəkinmədiyini deyib.
Ryabkov bazar ertəsi günü jurnalistlər qarşısında deyib: Biz ABŞ-ın sanksiyalarından çəkinmirik. Biz buna alışmışıq. ABŞ-ın sanksiyaları Rusiyanın siyasətlərinə təsir göstərə bilməz.
S.Ryabkov Moskva-Tehran əlaqələrinin çoxşaxəli olduğunu deyərək, müdafiə sahəsindəki əməkdaşlıqların iki tərəfin istəkləri və ehtiyaclarına mütənasib şəkildə inkişaf edəcəyini bildirib.