Nüvə anlaşmasının qorunması zərurətinə təkidlərin davamında
Avropa Şurasının sədri: "Əhatəli Müştərək Təşəbbüs Proqramının qorunması zəruridir"
Avropa Şurasının sədri Avropa İttifaqının "Əhatəli Müştərək Təşəbbüs Proqramı"nı hərtərəfli dəstəklədiyini vurğulayıb.
Səhər Azəri bildirir ki, Şarl Mişel cümə günü BMT Baş Assambleyasinin 75-ci sessiyası çərçivəsində etdiyi çıxışında Əhatəli Müştərək Təşəbbüs Proqramının qorunmasını zəruri adlandırıb və deyib: "Hərtərəfli Birgə Fəaliyyət Planı regional təhlükəsizliyin təmin edilməsi üçün əsas elementlərdən biri olaraq, qalır".
Avropa Şurasının sədri Hərtərəfli Birgə Fəaliyyət Planını dəstəkləyərək, qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə təsdiqlənmiş bu anlaşma qüvvədə qalacaq.
ABŞ prezidenti Donald Tramp 2018-ci il mayın 8-də Vaşinqtonun İranla nüvə anlaşması ilə bağlı öhdəliklərini pozaraq, birtərəfli şəkildə bu beynəlxalq anlaşmadan çıxdığını və nüvə sanksiyalarının bərpasını elan etdi.
ABŞ-ın bu hərəkəti geniş daxili və beynəlxalq qınağa səbəb oldu.