Okt 04, 2020 18:26 Asia/Baku
  • AB və London breksit müzakirələrinin uzadılması barədə razılaşıblar

İngiltərənin baş naziri və Avropa Komissiyasının sədri breksit müzakirələrinin uzadılması barədə razılaşıblar.

SəhərAzəri xəbər verir, İngiltərənin baş naziri Boris Conson və Avropa Komissiyasının sədri «Ursula fon der Lyayen» bu gün bir-biriləri ilə telefon əlaqəsi saxladıqdan sonra bir bəyanatda bildiriblər ki, Londonun Avropa Birliyindən çıxması- breksit ətrafındakı müzakirələrin daha bir ay müddətinə davam etməsi barədə razılığa gəliblər.

Tərəflər həmçinin razılaşıblar ki, breksit barədə anlaşmaya çatmaq sahəsində həmkarlığı davam etdirsinlər.

Caril il yanvarın otuz birində rəsmi surətdə Avropa Birliyini tərk edən İngiltərə ilin sonunadək və «keçid» adlandırılan dövr çərçivəsində Avropa Birliyinin qanunlarına tabedir.

İngiltərənin Avropa Birliyi ilə gələcək əlaqələri barədə müzakirə, breksit razılaşmasını şübhə altına alıbdır.

Teqlər