Korona epidemiyası;
Avropa Komissiyasının rəhbəri karantinaya alınıb
Okt 05, 2020 20:53 Asia/Baku
Korona, Avropa Komissiyası sədrini də karantinaya məcbur edib.
SəhərAzəri xəbər verir, Ursula fon der Leyen korona testinin müsbət olan bir nəfərlə görüşdükdən sonra özünü karantinaya alıb.
Avropa Komissiyasının sədri deyib, yeni korona testinin nəticələri məlum olana qədər karantində qalacaq. Cümə axşamı testlərindən biri mənfi olub.