Donald Tramp bildirib ki, koronavirusdan müalicə olunduğu hospitalı tərk etməyə hazırlaşır.
https://azeri.sahartv.ir/news/dünya-i368035-donald_tramp_bildirib_ki_koronavirusdan_müalicə_olunduğu_hospitalı_tərk_etməyə_hazırlaşır.
ABŞ prezidenti Donald Tramp bildirib ki, ən yaxın vaxtlarda koronavirusdan müalicə olunduğu hospitalı tərk etməyə hazırlaşır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2020 08:05 Asia/Baku
  •  Donald Tramp bildirib ki,  koronavirusdan müalicə olunduğu hospitalı tərk etməyə hazırlaşır.

ABŞ prezidenti Donald Tramp bildirib ki, ən yaxın vaxtlarda koronavirusdan müalicə olunduğu hospitalı tərk etməyə hazırlaşır.

Dəyərlər ,“Report”-a istinadən xəbər verir ki, ABŞ prezidenti “Twitter”dəki səhifəsində yerli vaxtla "saat 18:30-da Uolter Rid tibb mərkəzi"ni tərk edəcəyini xəbər verib. O, əmin edib ki, özünü "çox yaxşı hiss edir". Tromp insanları COVID-19-dan qorxmamağa çağırıb.

 

"Ona (koronavirusa-red) sizin həyatınızda hökmranlıq etməyə imkan verməyin", - Tramp bildirib. ABŞ prezidenti əlavə edib ki, Birləşmiş Ştatlarda onun prezidentliyi vaxtı "çox yaxşı dərmanlar və biliklər" alınıb.

 

Tramp iddia edib ki, özünü 20 il əvvəlkindən daha yaxşı hiss edir.