Okt 08, 2020 15:23 Asia/Baku
  • Tramp və Baydenin müavinlərinin ilk debatı keçirilib

Amerika prezident seçkilərinə iki namizədin müavinləri Mayk Pens və Kamala Harrisin debatı yerli vaxtla çərşənbə günü gecə Yuta ştatının Solt-Leyk-Siti şəhərində yerləşən Yuta universitetində keçirilib.

SəhərAzəri xəbər verir, Debat peşəkar jurnalist, hazırda «USA Today» qəzetinin Vaşinqton bürosunun başçısı olan xanım Syuzen Peyc tərəfindən aparılıb.

Koronavirusa görə, həm Kamala Harrisin, həm də Mayk Pensin şüşə qoruyucunun arxasında əyləşmələrinə baxmayaraq, Trampın müavini Pens koronavirusa görə iddia edibdir ki, əgər Trampın Amerikadakı rəhbərlik qüdrəti olmasaydı, iki milyon insan ölərdi və hələ bu harasıdır, o, ikinci dünya savaşından sonra ən böyük səfərbərlik təşkil etdi.

Amma Baydenin müavini Kamala Harris dedi ki, 210 min nəfər ölüb, 7 milyon nəfərdən çox insan koronavirusa yoluxub. 30 milyon nəfər işsizdir. Ağ Ev və Tramp çoxdan bilirdilər ki, bu virus nə qədər təhlükəlidir. Amma xalqa demədilər, gizlətdilər. Hələ bu harasıdır, dedilər ki, bu sözlər hoqqabazlıqdır. İş o yerə gəlib çatdı ki, hətta tualet salfeti belə tapılmadı.

Və Pens cavab verdi ki, siz koronavirusla siyasi oyunbazlıq edirsiniz.

Harris dedi ki, iqtisadi durum pisdir. 30 milyon nəfər işsizdir və kirayəneşinlərin yarısı ev kirayəsinin ödənişindən nigarandır.

Biz Amerika tarixinin ən böyük uğursuzluğunun şahidiyik. Və Çinlə ticarət döyüşünü uduzduq.

Amma Pens Baydeni Çinlə ticarətə təslim olmaqda ittiham etdi. O, çinliləri və Ümumdünya Səhiyyə Təşkilatını koronavirus pandemiyasında müqəssir saydı.

Harris dedi: Hələ ki, Çin rəhbərinin hörməti Trampınkından çoxdur və bu, rəy sorğularının nəticələridir.

Harrisin Trampa həmlələri bir-iki dənə deyildi. Trampın tibb dosyasını şübhə altına aldı. Dedi ki, şəffaf deyil; vergi ödəməsi kimi.

Mayk Pens dedi: Baydenin iş keçmişi məlumdur və xalq nəzər bildirir.

İrandan da hər ikisi danışdı. Trampın müavini general Süleymaninin terroruna və Amerikanın nüvə anlaşmasından çıxmasına işarə ilə iddia etdi ki, İran terrorizmin ən böyük himayədarıdır və Amerika indi daha əmin-amandır. Bu iddia Harrisin reaksiyası ilə üzləşdi və Baydenin müavini nüvə anlaşmasından çıxmanın Amerikanı təcrid etdiyini, İranı isə nüvə cəhətdən gücləndirdiyini bildirdi. O, Amerikanın daha əmin-aman olması iddiasına sübutda İranın Amerikanın İraqdakı bazasına qarşı raket cavabına istinad etdi… Zira oradakı amerikalı əsgərlər beyin travması aldılar. Tramp isə iddia etdi ki, onlar təkcə başağrısı tutublar.

Mayk Pens isə dedi: Biz seçkilərin qalibi olacağıq, lakin əgər seçkiləri uduzarlarsa, görən hakimiyyəti dinc şəkildə tərk etməyə hazır olub-olmayacaqları barədəki suala şəffaf cavab verməkdən boyun qaçırdı.

Debat başa çatarkən həm Bayden, həm də Tramp öz müavinlərini debatın qalibi elan etdilər.

Teqlər