“Mərhum İmam Xomeyninin həyatı nümunə götürülməlidir”
Pakistanın baş naziri: “Mərhum İmam Xomeyninin həyatı nümunə götürülməlidir”
SəhərAzəri , Dəyərlərə.org-nin İRNA-ya istindaən yaydığı məlumata görə xəbər verir ki, Pakistanın baş naziri İmran Xan xalqa müraciət edərək, İran İslam Respublikasının banisi İmam Xomeyninin aşkar xüsusiyyətlərinə işarə edərək, İmamın sadə həyatının Pakistan xalqı üçün vacib model olduğunu söyləyib.
İRNA-nın verdiyi məlumata görə, İmran Xan İslamabadda hüquqşünaslar və siyasətçilər qarşısında çıxış edərək mərhum İmam Xomeynidən böyük və bənzərsiz bir lider kimi danışaraq, İran İslam Respublikasının böyük qurucusunun əsla lüks həyat və ya protokollarla bir həyat yaşamadığını söyləyib. İmamın sadə yaşayışı ilə İran xalqına sevgi və diqqəti ilə vətəninə qayıtdığını bildirib.
Sözügedən çıxışda Pakistanın baş naziri İslam Respublikasının qurucusunun şəxsiyyətinin başqa bir lider və ya şəxslə müqayisə edilə bilməyəcəyini bildirib və mərhum İmam Xomeyninin hökumət rəhbərliyini İslam dəyərlərinə görə tənzimlədiyini bildirib.
Pakistanın baş naziri, həmçinin hökumətinin korrupsiyaya qarşı mübarizəni mütləq şəkildə davam etdirəcəyini, əsla böyük korrupsiya sənədləri cinayətkarları və şübhəlilərinə təslim olmayacağını söyləyib.