Okt 13, 2020 09:26 Asia/Baku
  • Almaniya: Nüvə anlaşmasının qorunması və tam icrasına sadiqik

Almaniyanın BMT-dəki nümayəndəliyi dünən iddia edibdir ki, Berlin bu təşkilatın təhlükəsizlik şurasının 2231 saylı qətnaməsi və nüvə anlaşmasının qorunması və tam icrasına sadiq olmaqda davam edir.

SəhərAzəri xəbər verir, Almaniyanın BMT-dəki nümayəndəliyi bir müraciətdə yuxarıda qeyd olunan iddianı təkrarlayaraq, İranın nüvə anlaşmasındakı öhdəliklərini azaltmaq üzrə hərəkətindən nigarançılıq edibdir.

Avropa Birliyi, həmçinin Almaniya, İngiltərə və Fransadan ibarət Avropa üçlüyü Amerikanın qanunsuz şəkildə nüvə anlaşmasından çıxmasından sonra vəd verdi ki, İranın iqtisadi maraqlarına təzminatın verilməsilə bu anlaşmanı qoruyacaq, amma bu üçlük indiyədək bu istiqamətdə real addımın atılması sahəsində heç bir uğur əldə etməyibdir.

Belə bir şəraitdə, İran Ali Milli Təhlükəsizlik Şurası Amerikanın nüvə anlaşmasından çıxmasının ildönümü günündə bildirdi ki, öz nüvə anlaşması öhdəliklrini bu anlaşmanın 26 və 36-cı maddələrinə əsasən, etaplarla azaldacaqdır ki, İranın öhdəlikləri ilə hüquqları arasında müvazinət yaranmış olsun.

Teqlər