Əfqanıstan ordusunun iki vertolyotu toqquşub
Əfqanıstan ordusunun iki vertolyotunun Helmənd vilayətində toqquşması nəticəsində on beş nəfər ölüb.
SəhərAzəri xəbər verir, Əfqanıstan ordusunun bu iki vertolyotu çərşənbə axşamı günü gecə Helmənd vilayətinin Navə rayonunda toqquşubdur. Nəticədə azı on beş əfqan hərbçi ölüb, bir qrup hərbçi də yaralanıbdır.
Belə bir halda, Helmənd vilayətinin bəzi bölgələrində hökumət qüvvələri ilə Taliban qüvvələri arasında kəskin döyüşlər davam etməkdədir.
Helmənd toqquşmaları son üç gündə misli görünməmiş tərzdə şiddətlənibdir və Taliban Ləşkərqah şəhərinin dördüncü təhlükəsizlik dairəsini və Navə və Nadəli rayonlarında bəzi digər postları ələ keçirə bilibdir.
Bu toqquşmalardakı tələfat barədə dəqiq statistika verilməyibdir, amma Əfqanıstan daxili işlər nazirliyi bundan öncə bildirmişdi ki, Navə və Nəhr-Sərac rayonlarında səksəndən çox Taliban üzvü öldürülübdür.
Döyüşlər elə bir halda davam edir ki, Əfqanıstan hökuməti ilə Talibanın sülh danışıqları aparan nümayəndə heyətləri on iki gün fasilədən sonra çərşənbə axşamı günü Dohada öz müzakirələrini bərpa ediblər.
Mərkəzi/ Ləşkərgah şəhəri olan Helmənd vilayəti Əfqanıstanın cənubundakı təhlükəli vilayətlərdən hesab olunur.