Okt 16, 2020 11:44 Asia/Baku
  • Almaniya Avropada koronavirus pandemiyasının iqtisadi nəticələrindən nigarandır

Almaniya koronavirus pandemiyasının Avropadakı iqtisadi nəticələrindən narahatlıq ifadə edib.

SəhərAzəri xəbər verir, Almaniyanın xarici işlər naziri Avropada koronavirusa yoluxanların sayının artmasından və qarşılıqlı olaraq bu pandemiyanın iqtisadi nəticələrinin şiddətlənməsindən nigarançılıq edib.

Hayko Maas öz polyak həmkarı Zbiqnev Rau ilə Berlində keçirdiyi birgə mətbuat konfransında bildiribdir ki, Avropada koronavirusa yoluxanların sayının hal-hazırkı inkişaf tempi iqtisadiyyata təsir göstərir.

O, sonra deyib: Bütün Avropa koronavirus böhranı ilə mübarizə üçün cari ilin iyul ayında Avropa Şurasında qəbul edilmiş maliyyə paketinin Avropa Parlamentində ratifikasiya edilməsini gözləyir.

Hayko Maas vurğulayıb: Biz pandemiyadan son dərəcə zərər çəkmiş ölkələr xüsusiyyət təşkil etməklə bütün Avropada bu böhrandan çıxış üçün iqtisadi bərpaya ehtiyac duyuruq.

Koronavirus pandemiyasının yeni dalğası Avropa ölkələri başçılarının başlıca nigarançılığına çevrilibdir.

Teqlər