Trampın ləyaqətsizliyi hər gün daha artıq sübuta yetir
Demokratların ABŞ prezident seçkilərinə namizədi bu ölkənin hazırkı prezidenti Donald Trampı ləyaqətsiz adam adlandırıb.
SəhərAzəri xəbər verir, Co Bayden öz tvitter hesabında yazıb: Amerikada koronavirusa yoluxma halları artmaqdadır, amma bu ölkənin prezidenti Donald Tramp seçki yığıncaqları keçirməklə başqalarının həyatını təhlükəyə salır.
Bayden sonra bildirib ki, Tramp hər gün daha artıq sübuta yetirir ki, bu böhranda Amerikanı istiqamətləndirmək üçün nə qədər nalayiqdir.
Donald Tramp da bir tvitt-də Co Baydeni pozğun bir siyasətçi adlandırıb.
Tramp tvitter-də son zamanlar Co Baydenin oğlu Hanter Baydenin laptopundan əldə edilmiş informasiyalara toxunaraq yazıb: Bayden pozğun siyasətçidir və hamı bunu bilir.
Bu tənqidlər elə bir şəraitdə edilir ki, Tramp koronavirus testinin pozitiv çıxmasına rəğmən, hələ də səhiyyə protokollarına məhəl qoymadan seçki kampaniyalarında iştirak edir.
Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.
Digər tərəfdən, Amerika ştatlarının qubernatorları bu ölkə prezidentinin koronavirusla mübarizə sahəsindəki fəaliyyətini zəif adlandırıblar.
İllinoys ştatının qubernatoru Cey Robert Pritsker CNN telekanalı ilə müsahibədə deyib: Amerika bu ölkənin prezidenti Donald Tramp tərəfindən koronavirusla mübarizə üçün pis bir meyarın təqdim edilməsinin şahididir.
İllinoys ştatının qubernatoru sonra deyib: Tramp ictimai yerlərdə maska taxmır və öz seçki çıxışlarında insanları maska taxmağa təşviq etmir.
Miçiqan ştatının qubernatoru Qretxen Uitmer də vurğulayıbdır ki, Amerika prezidentinin koronavirus məsələsinə reaksiyası və baxması dünyada ən pis cavab olubdur.