Tramp FTB-ni Baydenlə bağlı araşdırma aparmağa çağırıb
https://azeri.sahartv.ir/news/dünya-i368627-tramp_ftb_ni_baydenlə_bağlı_araşdırma_aparmağa_çağırıb
Tramp FTB-ni Baydenlə bağlı araşdırma aparmağa çağırıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 20, 2020 06:23 Asia/Baku
  • Tramp FTB-ni Baydenlə bağlı araşdırma aparmağa çağırıb

Tramp FTB-ni Baydenlə bağlı araşdırma aparmağa çağırıb

SəhərAzəri APA-nın  TASS-a istinadən yaydığı məlumata görə xəbər verir ki, ABŞ prezidenti Donald Trump Federal Təhqiqat Bürosunu prezidentliyə namizəd Cozef Baydenin fəaliyyətini araşdırmağa çağırıb.

Bu barədə Ağ Evin mətbuat xidmətinə yaxın jurnalistlər bildirib.

“FTB onu araşdırmalıdır. FTB direktoru Kristofer Reyə zəng edib, ondan soruşmalısınız. İlk baxışdan bu qədər çox günahkar olmaq mümkün deyil”, - deyə amerikalı lider deyib.

Qeyd edilir ki, Tramp Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Cozef Baydenin və onun oğlu Hanterin fəaliyyətinin araşdırılmalı olub-olmamasına dair suala belə cavab verib, ancaq prezidentin onlardan hansını nəzərdə tutduğu dəqiqləşdirilməyib.