Obama: "Yalan danışma və şərləmək artıq Trampın idarəçilik tərzinə çevrilib"
https://azeri.sahartv.ir/news/dünya-i368722-obama_yalan_danışma_və_şərləmək_artıq_trampın_idarəçilik_tərzinə_çevrilib
ABŞ-ın sabiq prezidenti, bu ölkənin hazırkı prezidentini tənqid edərək, yalan danışmaq və ittiham vurmağın artıq onun və müavinlərinin idarəçiliyinin bir hissəsinə çevrildiyini deyib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 22, 2020 08:55 Asia/Baku
  • Obama:

ABŞ-ın sabiq prezidenti, bu ölkənin hazırkı prezidentini tənqid edərək, yalan danışmaq və ittiham vurmağın artıq onun və müavinlərinin idarəçiliyinin bir hissəsinə çevrildiyini deyib.

SəhərAzəri Fars xəbər agentliyinin məlumatına istinadla xəbər verir, ABŞ-ın sabiq prezidenti Barak Obama, Pensilvaniya ştatının Filadelfiya şəhərində, noyabrın 3-də keçiriləcək prezident seçkilərində demokratların namizədi Co Baydeni dəstəkləmək məqsədilə etdiyi çıxışında, ABŞ-ın hazırkı Prezidenti Donald Trampı tənqid edərək, deyib: Trump müxalifətini təhqir edir və ya həbslə hədələyir ki, bu da bir prezident üçün normal davranış deyil.

ABŞ-ın sabiq prezidenti Trampın koronavirusa yoluxmasına toxonub. 

"O, özünü qorumaq üçün əsaslı addımlar atmadı və ümumiyyətlə ciddi yanaşmağa qadir deyil", -deyə Obama əlavə edib.

ABŞ, prezident seçkiləri ərəfəsindədir və rəy sorğuları Donald Tramp üçün yaxşı heç nə vəd etmir.

Təzadlı siyasətlər, əxlaqsızlıq, gözlənilməz davranışlar və yetərsiz idarəçilik Trampın reytinqini xeyli aşağı salıb.

Trampın koronavirus qarşısında zəif göstəriciləri və onun fəlakətli nəticələri, həmçinin bu ölkədəki son anti-rasizm aksiyaları barədə qalmaqallı mövqeyi, prezident seçkilərində asanlıqla onun məğlubiyyətinə səbəb ola bilər.