Yaponiya koronavirusdan keçib getmək üçün onlarla mlyard dollarlıq büdcə ayırıb
Okt 25, 2020 08:54 Asia/Baku
Yaponiya hökuməti ölümcül koronavirus pandemiyasına görə bu ölkəni bürümüş iqtisadi böhrandan çıxış üçün doxsan beş milyard dollarlıq bir büdcə ayırıb.
SəhərAzəri xəbər verir, bu ölkə hökuməti koronavirus pandemiyasından irəli gələn iqtisadi zərərlərin əvəzini çıxmaq üçün doxsan beş milyard beş yüz milyon dollar dəyərində əlavə büdcə işləyib hazırlamaqdadır.
Yaponiya hökuməti bu iri büdcədən bu ilin dekabrında başa çatmalı olan işçi qüvvəsinin subsidiya proqramını uzatmaq və koronavirus vaksininin paylanması xərcinin ödənilməsi üçün istifadə edəcək.
Bu büdcəni hakim Liberal-demokrat partiyasının üzvləri istəyirlər və Yaponiyanın baş naziri Yoşihide Suga rəsmən gələn ayın əvvəlində həmin əlavə büdcəni hökumətin iş gündəminə salacaqdır.