90 milyon nəfərdən çox amerikalı prezident seçkilərinə səs verib
https://azeri.sahartv.ir/news/dünya-i369093-90_milyon_nəfərdən_çox_amerikalı_prezident_seçkilərinə_səs_verib
Amerikalı mənbələr doxsan milyon nəfərdən çox amerikalının bu ölkənin prezidentini təyin etmək üçün vaxtındanqabaq seçkilərdə iştirakından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 01, 2020 05:46 Asia/Baku
  • 90 milyon nəfərdən çox amerikalı prezident seçkilərinə səs verib

Amerikalı mənbələr doxsan milyon nəfərdən çox amerikalının bu ölkənin prezidentini təyin etmək üçün vaxtındanqabaq seçkilərdə iştirakından xəbər veriblər.

SəhərAzəri xəbər verir, CNN telekanalı bildirib ki, Amerika prezident seçkilərinə yetmiş iki saatdan az bir vaxtın qaldığı bir halda, bu ölkə vətəndaşlarından doxsan milyon otuz beş min səkkiz yüz on bir nəfər öz səs bülletenini səs qutusuna salıb və ya poçtla göndəribdir.

Bu miqdarda vaxtındanqabaq səs, Amerika tarixində misli görünməmiş bir göstərici və hadisədir.

CNN-in bildirdiyinə görə, bu miqdarda səs 2016-cı il Amerika prezident seçkilərində səs qutularına salınmış bütün səslərin üçdə ikisinə bərabərlik edir.

İndiyədək iki yüz otuz min nəfərdən çox amerikalının həyatına son qoymuş koronavirusun Amerikada geniş şəkildə yayılmasına əsasən, bu ölkənin əksər ştatlarının rəsmiləri həmin ölkədə koronavirusun daha da genişlənməsinin qarşısını almaq məqsədilə poçt seçkilərinin keçirilməsinə dəstək veriblər.

Amerika prezidenti Donald Tramp isə qiyabi səsvermə ilə müxalifətini bildirmək üçün heç bir fürsəti əldən qoymayıb və dəfələrlə bildiribdir ki, bu formada səsvermə seçkilərdə geniş saxtakarlığın baş verməsilə nəticələnə bilər.

Son aylar Bİrləşmiş Ştatlarda aparılmış əksər rəy sorğusunun nəticələri, demokrat partiyasının üç noyabr 2020-ci il tarixində keçiriləcək prezident seçkilərinə namizədi Co Baydenin Trampdan öndə getməsidən söz açır.