Noy 05, 2020 14:19 Asia/Baku
  • ABŞ prezident seçkiləri nəticələrinin aydınlaşması üçün nəfəskəsən gözlənti

ABŞ prezident seçkilərində səsvermədən bir günün keçməsilə bu seçkilərin nəticəsi hazırda bir neçə açar ştatda səslərin sayılışından asılı olacaq.

SəhərAzəri xəbər verir, Bu seçkilərin iki namizədindən heç biri bu anadək qələbə iddiası ilə çıxış edə bilməyibdir. Hər iki kampaniya bildiribdir ki, «Elektral Kollec» və ya seçki kolleci sistemində qələbə qazanmaq istiqamətində 270 səsə nail olmaq üçün potensial yollara malikdir.

Barak Obamanın hökumətində ABŞ-ın vitse-prezidenti olmuş demokrat partiyasının namizədi Cozef Bayden yerli vaxtla çərşənbə günü deyibdir ki, onun kampaniyası qələbə yolunda olduğunu təsəvvür edir.

ABŞ-ın hazırkı prezidenti və respublikaçıların namizədi Donald Tramp isə qələbə iddiası ilə çıxış edibdir. Onun seçki kampaniyası cənab Baydenin irəlidə olduğu iki ştatda şikayət ərizəsi irəli sürübdür.

Gözləntilərə görə, bir neçə açar ştatda səslərin sayılışı tezliklə təkmilləşəcək, amma seçkilərin nəticəsi ola bilsin, daha bir neçə gün məlum olmasın.

Teqlər