"WhatsApp"dakı mesajlar bir həftə sonra silinəcək
"WhatsApp"dakı mesajlar bir həftə sonra silinəcək, Lakin istənilən "WhatsApp Messenger" istifadəçisi həmin funksiyanı aktiv və ya deaktiv edə bilər. Qrup yazışmalarında isə bunu yalnız qrupun administratoru yerinə yetirə bilər
SəhərAzəri xəbər verir, "WhatsApp Messenger" yeddi gündən sonra itən mesaj rejimini işə salıb bu barədə şirkətin bloqunda məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, mesencerdəki mesajlar əksər hallarda telefonda həmişəlik qalır, halbuki göndərilən məlumatların çoxu xüsusi əhəmiyyət daşımır.
Yeni rejim işə salınandan sonra isə çata göndərilən məlumatlar bir həftə sonra silinəcək. İstənilən "WhatsApp Messenger" istifadəçisi həmin funksiyanı aktiv və ya deaktiv edə bilər. Qrup yazışmalarında isə bunu yalnız qrupun administratoru yerinə yetirə bilər.