Dünyada koronadan sağalanların sayı 36 milyonu keçdi
https://azeri.sahartv.ir/news/dünya-i369406-dünyada_koronadan_sağalanların_sayı_36_milyonu_keçdi
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada 36 056 102 nəfər müalicə olunaraq koronavirusdan sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 10, 2020 06:55 Asia/Baku
  • Dünyada koronadan sağalanların sayı 36 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada 36 056 102 nəfər müalicə olunaraq koronavirusdan sağalıb və evə buraxılıb.

SəhərAzəri xəbər verir, Ümumdünya Səhiyyə Təşkilatına görə, indiyədək dünyada 51 milyon 245 min 233 nəfər koronavirusa yoluxub. Ayrıca, bu günə qədər 36 milyon 56 min 102 xəstə sağalıb və 1 269 325 nəfər ölüb.

Amerika 10 milyon 422 min 026 nəfər koronavirus xəstəsi və 244 min 449 nəfər COVID-19 qurbanı ilə həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir. Hindistan, Braziliya, Fransa, Rusiya, İspaniya, Argentina, İngiltərə, Kolumbiya, Meksika, İtaliya, Peru, Cənubi Afrika və İran sırasıyla ikinci on dördüncü sırada yerləşiblər.