Noy 11, 2020 18:53 Asia/Baku
  • ABŞ rəsmiləri Pompeo və Trampın illüziyalarından şoka düşüblər

Bəzi Amerika rəsmiləri ABŞ dövlət katibinin hakimiyyətin Donald Trampın ikinci hökumətinə ötürülməsi etaplarının həyata keçirilməsinə dair sözlərini tənqid ediblər. Onlar bu sahədə başlarını itirərək, onu illüziya adlandırıblar.

SəhərAzəri xəbər verir, Barak Obamanın prezidentliyi dövründə Ağ Ev-in milli təhlükəsizlik müşavirinin müavini olmuş Ben Rods/ Mayk Pompeonun bu sözlərinə reaksiyada bir tvitter mesajında iddia edibdir ki, əgər belə sözlər başqa bir ölkənin seçkilərində uduzan patiyanın rəsmiləri tərəfindən söylənsəydi, ABŞ dövlət departamenti mütləq bir bəyanatla onu pisləyərdi.

Konnektikut ştatından olan demokrat senator Kris Morfi də Pompeonun bu sözlərini demokratiyadan sui-istifadə adlandırıb.

O, həmçinin Donald Trampın 2020-ci il seçkilərində saxtakarlığa dair iddiasını rədd etməklə onu illüziyalı adam adlandırıb. Bildirib ki, əldə olunmuş səslərdə heç bir saxtakarlıq yoxdur və Tramp əslində məğlub olubdur.

Teqlər