Noy 13, 2020 09:49 Asia/Baku
  • Pensilvaniya ştatında bəzi poçt bülletenlərinin sayılışı dayandırılıb

Amerikanın Pensilvaniya ştatındakı bir məhkəmə bir hökmlə bu ştatda bəzi poçt bülletenlərinin sayılışının dayandırılması barədə göstəriş verib.

SəhərAzəri xəbər verir, bu məhkəmə həmin hökmü Amerikanın hazırkı prezidenti Donald Trampın seçki qərargahının şikayətindən sonra veribdir.

Məhkəmə Pensilvaniya ştatında seçki üzrə məsul şəxslərə doqquz noyabr tarixindən sonra təqdim olunan qiyabi və poçt bülletenlərindən bir qrupunun sayılışını qadağan edibdir.

Qeyd olunan məhkəmə Pensilvaniya ştatının daxili işlər nazirinin bu bülletenlərin təqdim edilməsi üzrə möhlətin noyabrın on ikisinədək uzadılmasına dair göstərişini qanunsuz adlandırıb. Bildiribdir ki, o, bu möhləti uzatmaq üçün lazımi ixtiyara malik olmayıbdır.

Ötən şənbə günü CNN, Fox Nyus, CBS, Assoşieyted-Press və Nyu-York Tayms kimi amerikan medialar demokrat partiyasının namizədi Co Baydenin 290 elektral səs toplaya bildiyini bəyan edərək, onu Amerika prezident seçkilərinin qalibi kimi təqdim etdilər.

Ondan sonra Tramp bir bəyanat yayaraq, öz demokrat rəqibinin prezident seçkilərində qalib gəlməsini qəbul etmədi və «seçkilərdə böyük saxtakarlıq» adlandırdığı məsələni dayandırmaq üçün məhkəməyə müracitə etdiyini bildirdi.

Tramp iddia edibdir ki, Bayden heç bir ştatda qalib gəlməyib və seçkilərin bitməsinə hələ çox qalır.

Teqlər