Noy 14, 2020 07:46 Asia/Baku
  • Tramp Arizonadakı şikayət ərizəsi geri götürüb

ABŞ prezidenti Donald Trampın seçki qərargahı Arizona ştatındakı seçki saxtakarlığı ilə bağlı qaldırdığı iddianı geri götürüb.

SəhərAzəri xəbər verir, bundan əvvəl Trampın seçki qərargahı Arizona ştatında şikayət ərizəsi tənzimləyərək, Rayon məhkəməsini ABŞ prezident seçkilərinin bu ştatdakı nəticələrini təsdiq etməməyə çağırıb. ABŞ mediaları Trampın seçki qərargahının geri çəkilməsinə səbəb kimi bu ştatda demokratların namizədi Co Bayden və Tramp arasında səs fərqinin yüksək olmasını göstərirlər. 

ABŞ mediaları Arizona ştatında demokratların namizədi Co Baydeni prezident seçkilərinin qalibi elan ediblər.

ABŞ-da seçkilərin keçirilməsindən 10 gündən çox vaxt keçib və bu ölkədə səs sayma prosesi hələ də davam edir; Tramp seçki saxtakarlığı mövzusunu irəli sürüb və seçkilərin nəticəsini qəbul etmək istəmir.

Ötən şənbə günü bəzi ABŞ mediaları, o cümlədən "CNN", "Fox News", Associated Press" və "Nyu-York Tayms" demokratların namizədi Co Baydenin 290 elektoral səs qazandığını bildirərək, onu ABŞ prezident seçkilərinin qalibi elan ediblər.

Ondan sonra Tramp bir bəyanat yayaraq, demokrat rəqibinin seçkilərdə qalib gəldiyini rədd edərək, "böyük seçki saxtakarlıq adlandırdığı şeyi dayandırmaq üçün məhkəməyə müraciət edəcəyini bildirib.

Tramp və ətrafındakıların seçki saxtakarlığı ilə bağlı iddiaları hələ heç bir ştatda öz təsdiqini tapmayıb.

Teqlər