Hindistan və Pakistan arasındakı gərginlik;
Kəşmir münaqişəsində 16 nəfər öldü
Hindistan və Pakistan arasında Kəşmir Nəzarət Xəttində gərginlik artıb.
SəhərAzəri xəbər verir, Pakistan Silahlı Qüvvələrinin media və ictimaiyyətlə əlaqələr şöbəsi olan Xidmətlərarası İctimaiyyətlə Əlaqələr (İSPR) bu gün (14 noyabr) Hindistan qoşunları tərəfindən Kəşmir Nəzarət Xəttində yerləşən yaşayış məntəqələrinə edilən hücumda həyatını itirənlərin sayının dünən 6-ya yüksəldiyini açıqlayıb.
Hücumlarda yaralanan dinc vətəndaşların sayının 30-a çatdığı, 5 əsgərin də yaralandığı qeyd olunub. Pakistan ordusunun atəşkəs pozuntusuna qarşı təşkil etdiyi əks hücumda Hindistanın “əhəmiyyətli hərbi itki” ilə üzləşdiyi qeyd edilib.
Hindistan səlahiyyətliləri tərəfindən verilən açıqlamada, 6 mülki şəxs, 3 əsgər və 1 sərhəd zabiti olmaqla 10 nəfərin qarşıdurmalarda həyatını itirdiyi qeyd edilib.