Noy 15, 2020 10:15 Asia/Baku
  • İngiltərədə COVID-19 məhdudiyyətlərinə qarşı etirazlar davam edir

İngiltərənin Bristol və Liverpul şəhərlərində COVID-19 məhdudiyyətlərinə etiraz edənlərdən yüzlərlə nəfər bu ölkədə ümumölkə karantinin tətbiq edilməsinə rəğmən, aksiya keçirib.

SəhərAzəri xəbər verir, Aksiya iştirakçıları sosial məsafəyə riayət və maskadan istifadə etmədən şüarlar verərək, sərt səhiyyə qayda-qanunlarına son qoyulmasını tələb ediblər.

Etirazçıların qənaətincə, koronavirus böhranı siyasi məqsədlərin həyata keçirilməsi üzrə bir fitnə və saxta xəstəlikdir.

İngiltərə hökuməti bu ölkədə koronavirusun ikinci dalğası ilə mübarizə üçün noyabrın beşindən etibarən, yenidən karantin qaydalarını tətbiq edibdir.

Başlıca olaraq, qeyri-zəruri satış mərkəzlərinin bağanmasına şamil olan yeni məhdudiyyətlər dörd həftə müddətinə, yəni dekabrın on ikisinədək davam edəcək.

Hökumətin yeni tədbirlərinə əsasən, məktəblər, universitetlər və digər təhsil mərkəzləri fəaliyyət göstərəcəklər.

İngiltərədə belə bir qənaət mövcuddur ki, iki həftə müddətinə tam karantinin tətbiq olunması bu ölkədə koronavirus epidemiyası halqasının kəsilməsinə daha çox kömək edəcəkdir.

Teqlər