Noy 15, 2020 13:10 Asia/Baku
  • Tramp radikal sağçıların aksiyasında iştirak edib

ABŞ prezidenti radikal sağçıların Vaşinqtonda keçirilən aksiyasında iştirak edib.

SəhərAzəri xəbər verir, Donald Tramp tvitter-də qoyduğu mesajda özünün bu yürüşdə iştirak etməsi ehtimalından xəbər vermişdi.

Trampın ekstremist himayədarlarının Amerika prezident seçkilərinin nəticələrinə etiraz olaraq keçirdikləri aksiya, “milyonluq “Amerikanı bir daha ali et!”” yürüşü adlandırılıb. Yürüş paytaxt Vaşinqton şəhərinin mərkəzindən Amerika ali məhkəməsinədək olan məsafədə keçirilib.

Əksər hissəsi silahlı olan «İftixarlı oğlanlar», «Vaşinqtonu oğurlamağı dayandırın!» və «Müqaviləni qoruyanlar» kimi sağ radikal qruplar bu aksiyada iştiraka hazır olduqlarını bildirmişdilər.

Tramp Amerika prezident seçkilərində səslərin sayılışında saxtakarlıq və müdaxilənin olduğunu iddia edib. Məhkəmə və ştat rəsmiləri isə bu iddianı qəbul etməyiblər.

Amerikanın sabiq prezidenti Barak Obama da Amerika prezident seçkilərində saxtakarlıq barədəki iddiaları əsassız və Co Baydeni Amerikanın növbəti prezidenti adlandırıb.

Trampın demokrat rəqibi Baydenin ümumi və elektral səslərdə öndə getməsinə rəğmən, Tramp hələ üç noyabr Amerika prezident seçkilərindəki məğlubiyyətini qəbul etməyibdir.

Teqlər