Rudy Culiani ABŞ prezident seçkilərində saxtakarlığın olduğunu iddia edib
ABŞ prezidentinin şəxsi vəkili prezident seçkilərində saxtakarlığa dair sübutların olduğunu iddia edib.
SəhərAzəri xəbər verir, ABŞ prezidsenti Donald Trampın şəxsi vəkili Rudy Culiani "Fox News" xəbər kanalı ilə müsahibədə, mübahisəli ştatların əksəriyyətində prezident seçkilərinin nəticəsini dəyişə biləcək qədər faktların olduğunu iddia edib.
"Pensilvaniya ştatında 6 mindən çox qanunsuz səsin olması seçkinin nəticəsini dəyişdirmək üçün kifayətdir", - deyə Culiani əlavə edib.
Donald Trampın şəxsi vəkili, həmçinin deyib: "Seçki saxtakarlığına dair sübutların artması ilə ABŞ prezidentinin hiddəti də artıb və o, məhkəmə çəkişməsindən geri çəkilməyib".
Tramp dünən də öz Tvitter səhifəsində paylaşımlar edərək, seçki saxtakarlığı ilə bağlı təzadlı açıqlamalarını təkrarlayıb.
ABŞ prezident seçkilərinin nəticələri açıqlanandan bəri Trampın dəstəklədiyi "Fox News" da daxil, əksər xəbər kanalları Baydeni seçkilərin qalibi elan edib.
ABŞ prezident seçkilərinə demokratların namizədi Co Baydenin qələbəsini elan etməsinə baxmayaraq, Tramp seçki nəticələrini qəbul etməyib və dəfələrlə geniş saxtakarlığa yol verildiyini iddia edib.