AB-nin Türkiyəyə qarşı yeni sanksiyaları nəzərdən keçirilə bilər
Noy 19, 2020 20:41 Asia/Baku
Almaniyanın xarici işlər naziri Avropa Birliyinin növbəti yığıncağında Türkiyəyə qarşı yeni sanksiyaların nəzərdən keçirilməsi ehtimalından xəbər verib.
SəhərAzəri xəbər verir, Hayko Maas deyib: Avropa Birliyinin başçıları dekabrda keçiriləcək yığıncaqda Türkiyənin Şərqi Aralıqdakı hərəkətlərilə bağlı bu ölkəyə qarşı yeni sanksiyaları nəzərdən keçirə bilərlər.
Son həftələr ərzində Türkiyənin Şərqi Aralıq dənizində enerji ilə bağlı qazıntı-kəşfiyyat fəaliyyətləri üstündə bu bölgədə yaranmış gərginliklər kəskinləşibdir.
Yunanıstan Fransa və bəzi digər Avropa ölkələrilə yanaşı iddia edibdir ki, Türkiyənin hərəkətləri qanunsuz və gərginlikyaradandır. Onlar bunun gələcək nəticələri haqda Ankaraya xəbərdarlıq ediblər.