Noy 20, 2020 10:40 Asia/Baku
  • Bayden: Trampın rəftarı ABŞ barədə dünyaya dəhşətli bir mesaj verir

ABŞ prezident seçkilərində demokrat partiyasının namizədi bir daha öz seçki rəqibinin seçkilərin nəticəsini qəbul etməməsini tənqid edib.

SəhərAzəri xəbər verir, Co Bayden Donald Trampın bu rəftarı ilə bağlı bildirib ki, bu rəftarlar bir ölkə kimi Amerikanın mahiyyəti barədə dünyaya dəhşətli bir mesaj göndərir.

Qeyri-rəsmi nəticələrin ABŞ prezident seçkilərində qalib gəldiyini göstərən demokrat partiyasının namizədi Cozef Bayden cümə günü səhər tezdən sonra belə deyib: Amerika xalqı demokratiyanın fəaliyyət tərzi barədə dünyaya son dərəcə zərərli mesajların və məsuliyyətsizlikdən irəli gələn inamsızlıq səviyyəsinin şahididir.

Co Bayden sonra deyib ki, öz seçki rəqibinin qeyri-təbii rəftarlarının məqsədini bilmir, amma bu davranışlar tamamilə məsuliyətsizcəsinədir.

ABŞ prezident seçkiləri noyabrın üçündə keçirildi. Mediaların hesablamalarına əsasən, Co Bayden 306 elektral səs toplamaqla bu seçkilərin qalibi olub. Tramp isə 232 səs əldə edibdir.

Donald Trampın komandası məğlubiyyəti qəbul etməkdən imtina edir və bir neçə ştatda onların təbirincə desək, seçki saxtakarlıqları və pozuntularına qarşı şikayətlər irəli sürübdür.

Tramp bazar günü bir tvittdə üstüörtülü surətdə Baydenin seçkilərdə qalib gəldiyini etiraf etsə də bir saat sonra seçkilərdə hər cür məğlubiyyəti qəbul etməyi rədd etdi.

Teqlər