Moldovanın yeni prezidenti: "Rusiya qoşunları ölkədən çıxmalıdır"
https://azeri.sahartv.ir/news/dünya-i369809-moldovanın_yeni_prezidenti_rusiya_qoşunları_ölkədən_çıxmalıdır
Moldovanın birləşməsi üçün Rusiya qoşunlarının ölkənin separatçı Dnestryanı ərazilərindən çıxması vacibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 20, 2020 13:03 Asia/Baku
  • Moldovanın yeni prezidenti:

Moldovanın birləşməsi üçün Rusiya qoşunlarının ölkənin separatçı Dnestryanı ərazilərindən çıxması vacibdir.

SəhərAzəri Axar-a istinadla xəbər verir ki, bu sözləri Moldovanın yeni seçilmiş Prezidenti Maya Sandu deyib.

“İnanıram ki, bir gün Moldovanın birləşməsi üçün geopolitik fürsət olacaq və buna hazır olmalıyıq. Ancaq hər halda bu, sülh yolu ilə həll edilməlidir. Moldovaya uyğun bir həll olmalıdır. Bunun çox çətin bir iş olduğunu başa düşürəm”, - Sandu bildirib.