Putin Qarabağa dair razılaşmanın yeganə alternativini bildirdi
https://azeri.sahartv.ir/news/dünya-i369833-putin_qarabağa_dair_razılaşmanın_yeganə_alternativini_bildirdi
Rusiya lideri deyib ki, əgər razılaşma pozulsa, tökülən qan bu adamların boynunda qalacaq: "Bunu hamı başa düşməli və özünə hesabat verməlidir".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 21, 2020 07:06 Asia/Baku
  • Putin Qarabağa dair razılaşmanın yeganə alternativini bildirdi

Rusiya lideri deyib ki, əgər razılaşma pozulsa, tökülən qan bu adamların boynunda qalacaq: "Bunu hamı başa düşməli və özünə hesabat verməlidir".

SəhərAzəri xəbər verir, Rusiya Prezidenti Vladimir Putin Qarabağda sülhməramlı missiyanın fəaliyyətinə dair keçirdiyi iclasda deyib:  "Moskva, Bakı və Yerevan arasında imzalanmış üçtərəfli sazişin icrasına mane olmağa cəhd edənlər başa düşməlidirlər: Bu sənədin alternativi müharibədir".

RF lideri bildirib: "Üçtərəfli bəyanatın imzalanmasına mane olmaq tendensiyası barədə burada deyilən sözlər mənim üçün gözlənilməz oldu. Bunu edən adamlar başa düşməlidir-Bu sənədin alternativi yalnız müharibədir".

Putin bəyan edib ki, əgər bu baş versə, tökülən qan bu adamların boynunda qalacaq: "Bunu hamı başa düşməli və özünə hesabat verməlidir".