Noy 25, 2020 19:08 Asia/Baku
  • Cenevrə iclasında Əfqanıstana 12 milyard dollarlıq yardım barədə öhdəlik götürülüb

Cenevrə iclasında iştirak edən ölkələr 2024-cü ilədək Əfqanıstana on iki milyard dollar dəyərində maliyyə yardımı göstərmək barədə öhdəlik götürüblər.

SəhərAzəri xəbər verir, Çərşənbə axşamı günü gecə başa çatan Əfqanıstan mehvərli İkigünlük Cenevrə iclasının yekun bəyanatında iştirakçı ölkələr öhdəlik götürüblər ki, bu müharibə yaşamış ölkəyə 2021-ci ildə üç milyard dollar, 2024-cü ilədək isə daha doqquz milyard dollar dəyərində maliyyə yardımı göstərsinlər.

Yekun bəyanatında iştirakçı ölkələr Əfqanıstanı himayə etdiklərini bildirməklə bu ölkədə dərhal atəşkəsin bərqərar edilməsi və savaşa son qoyulmasını istəyiblər.

Cenevrə iclasında otuz beynəlxalq təşkilat və dünyanın yetmiş ölkəsindən nümayəndələr iştirak və çıxış ediblər.

İclasa BMT, Finlandiya və Əfqanıstan hökuməti ev sahibliyi ediblər.

Teqlər