Tramp seçici kollegiyasının Baydenə səs verəcəyi təqdirdə Ağ Evi tərk edəcəyini bildirib
ABŞ prezidenti Donald Tramp seçici kollegiyasının Co Baydenə səs verəcəyi təqdirdə Ağ Evi tərk edəcəyini bildirib.
SəhərAzəri xəbər verir ki, Tramp bu sözləri cümə günü səhər tezdən Ağ Ev-də, amerikalı qüvvələr üçün tərtib edilmiş şükretmə günü mərasimindəki çıxışından sonra söyləyibdir.
Bayden 306, Tramp isə 232 elektral səs qazanıbdır. Bayden 270 səs kvorumunu keçdiyinə görə, qələbə qazana bilib. Tramp isə indiyədək məğlub olmasını qəbul etməkdən boyun qaçırır və seçkilərdə saxtakarlığın baş verdiyini iddia edir.
Seçici kollegiyası dekabrın 14-də keçiriləcək iclasda seçilmiş prezidentə səs verməlidir.
Tramp çərşənbə axşamı günü tvitterdə Amerikanın ümumi xidmətlər idarəsinin direktoru Emili Morfidən istədi ki, hakimiyyətin Baydenə ötürülməsi üzrə ilkin protokollar barədə lazım olan tədbirləri görsün.