Noy 27, 2020 14:58 Asia/Baku
  • ABŞ-da Koronavirus xəstələrinin sayı rəsmi rəqəmlərdən daha çoxdur

ABŞ Xəstəliklərə Nəzarət Mərkəzinin cümə axşamı günü yayılan məlumatına görə, bu ölkədə COVID-19-a yoluxanların real sayı elan olunan statistikadan 600 faiz çoxdur.

SəhərAzəri xəbər verir, Sentyabr aynın sonunadək mövcud olan məlumatlara əsasən, Amerikada koronavirusa yoluxma əlamətlərinə malik olan halların sayı təqribən yeddi milyon nəfər olub; amma Amerika Xəstəliklərə Nəzarət Mərkəzi bildiribdir ki, ehtimal üzrə bu ölkədə COVID-19-a yoluxma hallarının real miqdarı 42 milyon nəfərdir.

Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.

ABŞ hökuməti, şəxsən bu ölkənin prezidenti Donald Tramp Amerikada koronavirusun yayılması qarşısındakı məsuliyyətsizliklərinə görə, kəskin tənqid atəşinə tutulublar.

Teqlər