Əfqanıstanda terror aktında öldürülənlərin sayı 34 nəfərə çatıb
Noy 29, 2020 19:51 Asia/Baku
Qəzney şəhərində bir əfqan hərbi bazasına qarşı terror hücumunda ölənlərin sayı 34 nəfərə çatıb.
SəhərAzəri xəbər verir, bu gün səhər bomba qoyulmuş bir avtomobil Əfqanıstanın şərqindəki Qəzney şəhərinin «Qəle Cuz» bölgəsində yerləşən bir hərbi bazada partlayıb. Nəticədə 34 nəfər ölüb, iyirmi nəfər isə yaralanıbdır.
Bundan öncə tələfatın miqdarı 21 nəfər elan olunmuşdu.
Xəstəxana mənbələri bildiriblər ki, ölənlər və yaralananlar əfqan təhlükəsizlik qüvvələrindəndirlər.
İndiyədək bir şəxs və ya qrup bu partlayışın məsuliyyətini üzərinə götürməyibdir.