Bir gündə iki amerikalı rəsmi istefa verib
Bir gündə iki amerikalı rəsmi öz vəzifəsindən istefa verib.
SəhərAzəri xəbər verir, Amerika müdafiə nazirliyi- Pentaqon-da İŞİD-in məğlub edilməsi üzrə xüsusi qrupun rəisi Kristofer Mayer, ötən günlərdə ixrac və ya istefaya məcbur edilmiş yüksək vəzifəli amerikalı rəsmilər sırasına qoşulubdur.
Bu istefa ABŞ prezident seçkilərindən sonra Ağ Ev-in Amerika müdafiə nazirliyində apardığı təmizləmə planının bir hissəsi sayılır.
Ağ Ev-də koronavirusla mübarizə üzrə xüsusi qrupun üzvü Skott Atlas da öz istefa ərizəsini ABŞ preizdenti Donald Trampa təhvil veribdir.
Bu iki amerikalının istefası elə bir şəraitdə baş verir ki, Amerika rəsmilərinin digər bir qrupu son günlər istefa verməyə məcbur olubdur.
Ağ Ev rəsmiləri ifşa ediblər ki, bu istefa və kənaraçəkilmələr Trampın öz hökumətinin işinin bitməsindən öncə hökumət rəsmilərinin təmizlənməsi istiqamətində atdığı bir növ addımdır.