ABŞ hələ də seçkilərlə məşğuldur
Belə görünür ki, Trampın məğlub olmasına rəğmən, hələ də trampizm Amerikadakı ümumi siyasətdə mövcud olan iki seçimdən biridir və bəlkə də onu 2022-ci il konqres və 2024-cü il prezident seçkiləri kimi bir-iki seçkidə daha geniş radikalizmlə müşahidə etmiş olaq.
SəhərAzəri xəbər verir ki, Tramp və Baydenin ortaq bir nöqtəsi var. Onların hər ikisi deyir ki, Amerika seçkilərindən sonra baş verən hadisələr biabırçılıqdır və dünya tamaşa etməkdədir və gülür.
Obama Baydenin nazirlər kabinetinin təşkili sahəsində məsuliyyət daşıyır.
Gələcək prezident topuğundakı cərrahiyyə əməliyyatından sonra ehtiyatlı yeridiyi bir halda, Trampa yaxın media mənbələri deyirlər ki, o, Baydenin andiçmə mərasimi ilə bir zamanda, bir mətbuat konfransında rəsmən 2024-cü il prezident seçkilərinə namizədliyini elan etməyə hazırlaşır.
Tramp iki dövr dalbadal prezident olmadığı üçün Amerikanın əsas qanununa görə, növbəti seçkilərdə iştirak edə bilər.
Amerikalı mütəfəkkir Noam Çomski bu qənaətdədir ki, əgər Tramp getmiş olsa belə, trampizmin davam etməyəcəyini təsəvvür etmək olmaz.
Amerikanın baş prokuroru deyir ki, seçkilərin nəticəsini dəyişəcək səviyyədə saxtakarlığı müşahidə etmədik.
Bununla belə, Tramp öz vəkili Rudi Culiyaninin köməyilə, saxtakarlığın sübut edilməsinin ardınca olan öz tərəfdarlarından indiyədək 150 milyon dollar maliyyə yardımı əldə edə bilibdir. Bu yüksək gəlir qanun əsasında digər hallara xərclənə bilər. Halbuki hazırkı halları da izləməkdədir.
Bura kimi. Arizona ştatının qubernatoru seçkilərin nəticələrini imzalamaqda ikən, Tramp fikrindən daşındırmaq üçün onunla əlaqə saxladı.
Çomskinin dedikləri ilə yekunlaşdıraq. Hətta əgər Tramp getmiş olsa belə, hətta əgər 2024-cü il seçkilərinə namizəd olmasa belə, trampizm qalacaq.