Dek 02, 2020 15:43 Asia/Baku
  • Pakistan ordusu sionist rejimin tanınmamasına təkid edib

Pakistan ordusu sionist rejimin tanınmamasına təkid edib.

SəhərAzəri xəbər verir, Pakistan ordusunun sözçüsü deyib ki, ordu bu ölkə hökumətinin Qüdsü işğal etmiş rejimin rəsmən tanınmaması və bu qaniçən rejimlə münasibətlərin qurulmaması barədəki mövqeyini tam şəkildə himayə edir.

Babir İftixar sionist rejimin Pakistan ordusu tərəfindn rəsmən tanınmasına dair bəzi təxminləri əsassız adlandırıb.

Son həftələr qəsbkar sionist rejimi rəsmən tanıması üçün Pakistana xarici təzyiqlərin göstərilməsi barədə təxminlər edilmişdi, lakin Pakistanın baş naziri və bu ölkənin xarici işlər nazirliyi həmin güman və təxminləri rədd ediblər.

İmran xan demişdi ki, Pakistan hökuməti heç bir şəraitdə cinayətkar sionist rejimi rəsmən tanımayacaq.

Pakistan xalqı dəfələrlə geniş aksiyalar keçirərək, Qüdsü işğal etmiş rejimin məzlum Fələstin xalqını qırğın etmək üzrə cinayətlərini pisləyib və fələstinlilərin amallarına öz daimi dəstəyinə təkid edərək, sionistlərə qarşı nifrətini elan edibdir.

Teqlər