Dek 03, 2020 10:37 Asia/Baku
  • NATO 2030-cu ilə qədər Rusiyanı əsas hərbi təhlükə hesab edir

Rusiya 2030-cu ilə qədər NATO üçün əsas hərbi təhlükə olaraq qalacaq.

SəhərAzəri RT-yə istinadən xəbər verir ki, belə bir proqnoz təşkilatın hesabatında yer alıb.

“2030-cu ilədək uzun bir müddətdə Rusiyanın Şimali Atlantika İttifaqı üçün əsas hərbi təhlükə olaraq qalması ehtimalı böyükdür”, - sənəddə belə deyilir.

Sənəddə qeyd olunur ki, “belə bir faktorla qarşılaşan NATO səy və həmrəylik göstərməli”, lakin “Rusiya rəhbərliyi daha konstruktiv bir yol seçərsə, dialoqa açıq qalmalıdır”.

 

 

 

Teqlər