"OPEC+" neft hasilatını tədricən bərpa etmək niyyətindədir
https://azeri.sahartv.ir/news/dünya-i370337-opec_neft_hasilatını_tədricən_bərpa_etmək_niyyətindədir
"OPEC+" (OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri hazırda 2021-ci ilin əvvəlindən tətbiq olunacaq hasilatın azaldılması (gündəlik 7,7 mln. barel) üzrə məhdudiyyətlərin bir neçə ay ərzində tədricən azaldılması məsələsini müzakirə edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 03, 2020 07:24 Asia/Baku

"OPEC+" (OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri hazırda 2021-ci ilin əvvəlindən tətbiq olunacaq hasilatın azaldılması (gündəlik 7,7 mln. barel) üzrə məhdudiyyətlərin bir neçə ay ərzində tədricən azaldılması məsələsini müzakirə edir.

SəhərAzəri xəbər verir ki, bu barədə "Bloomberg"' öz mənbəyinə istinadən bildirir.

Buna baxmayaraq, mənbə məhdudiyyətlərin azaldılmasının şərtlərini və parametrlərini açıqlamayıb.

Qeyd edək ki, 30 noyabr və 1 dekabr tarixlərində bir sıra "OPEC+" ölkələri nazirlər səviyyəsində bir neçə iclas keçirəcək, nəticədə razılaşma çərçivəsində alyans tərəfindən 2021-ci ilin əvvəlindən etibarən gündəlik neft hasilatının 2 mln. barel artımının olub-olmaması barədə qərar verilməlidir.

Aprel ayının 12-də "OPEC+" ölkələri  nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.