NATO Əfqanıstanda qalmasına dair qərarı 2021-ci ilin əvvəlində verəcək
https://azeri.sahartv.ir/news/dünya-i370340-nato_Əfqanıstanda_qalmasına_dair_qərarı_2021_ci_ilin_əvvəlində_verəcək
NATO Əfqanıstandakı missiyasının gələcəyilə bağlı 2021-ci ilin fevralında qərar verəcək.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 03, 2020 08:40 Asia/Baku
  • NATO Əfqanıstanda qalmasına dair qərarı 2021-ci ilin əvvəlində verəcək

NATO Əfqanıstandakı missiyasının gələcəyilə bağlı 2021-ci ilin fevralında qərar verəcək.

SəhərAzəri xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv ölkələrin xarici işlər nazirlərinin video konfransından sonra keçirilən mətbuat toplantısında deyib.

“Əfqanıstanla bağlı 2021-ci ilin fevralında Brüsseldə keçiriləcək müdafiə nazirlərinin toplantısında çətin bir qərar verməliyik. Ancaq nə olursa olsun, bu qərar koordinasiyalı və mütəşəkkil bir şəkildə həyata keçirilməlidir”, - Stoltenberq bildirib.

Xatırladaq ki, daha əvvəl Baş katib ABŞ-ın Əfqanıstandakı "Taliban" hərəkatı ilə müqaviləsinə uyğun olaraq hərbçilərinin sayını azaltmağa qərar verib, buna baxmayaraq alyansın təlim missiyası əvvəlki konfiqurasiyada davam etdiriləcək.