Dek 06, 2020 16:37 Asia/Baku
  • Fransanın 90 şəhərində polis etirazçılara divan tutub

Daha çox küçə savaşına bənzəyən Fransada 108-ci etiraz şənbəsində ictimai əmlaka və məkanlara böyük xəsarət dəyib.

SəhərAzəri xəbər verir, Polis aksiya boyu su şırnağı və dəyənək kimi zorakılıq vasitələrindən istifadə edib, gözyaşardıcı qaz buraxaraq, etirazçıları yatırmağa cəhd edib.

Fransada anti-kapitalizm hərəkatının 108-ci etiraz şənbəsi və polis zorakılığı və rasizminə qarşı etirazların ikinci həftəsi bu həftə bərpa edildi.

Bu həftə Fransanın doxsan şəhəri, yəni öncəki həftədən 20 daha çox şəhər Makron hökumətinin repressiv və polis mehvərli siyasətlərinə qarşı etiraz səhnəsi idi.

Bu etirazlar, xüsusən Parisdə gecə yarısınadək uzanıb.

Paris vaxtı ilə gecə saat on radələridir. Bura Parisin Respublika meydanıdır. Gördüyünüz kimi, toqquşmalar davam edir.

Fransızlar, hakim dairələrin siyasətlərinə, xüsusən mediyaya qarşı repressiya tətbiq etmək və daha artıq divan tutmaq üçün polisin əlini açıq qoyan yeni təhlükəsizlik qanununa etiraz edirlər.

Müsahibə x.: Polis öz gücündən biz vətəndaşları yatırmaq üçün istifadə etməməli və xalqın təhlükəsizliyini daha artıq təmin etmək üçün vuruşmalıdır.

Daha çox küçə döyüşünə bənzəyən bu aksiyada ictimai əmlaka və məkanlara böyük xəsarət dəyib.

Fransanın xüsusi təyinatlı polis qüvvələri gözyaşardıcı qazdan istifadə edərək, etirazçıları yatırdı.

Buhəftəki etirazçıların sayı Fransanın daxili işlər nazirliyi tərəfindən 52 min nəfərdən çox, həmkarlar ittifaqları tərəfindən isə 300 min nəfərdən çox elan olunub. Təqribən yüz nəfər həbs olunub, elə həmin miqdarda da insan yaralanıbdır.

Fransa hökuməti öz mövqelərində güzəştə getmiş olsa da bu aksiya polis zorakılığının davam etdiyini göstərdi.

Teqlər