Dek 09, 2020 14:16 Asia/Baku
  • Dünyada koronavirusa yoluxanların sayı 68 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı artıq 68 milyon nəfərdən çoxdur.

SəhərAzəri xəbər verir, Cons Hopkins Universitetinin məlumatına istinadla xəbər verir. Pandemiya dövründə 1,5 milyon nəfər ölüb, 43,9 milyon nəfər isə bu xəstəliyə qalib gəlib.

COVID-19-a yoluxanların sayında birinci yeri ABŞ (15,1 milyon nəfər) tutur. Hindistan ikinci (9,7 milyon nəfər), Braziliya (6,7 milyon nəfər) üçüncü, Rusiya (2,49 milyon nəfər) isə dördüncü sıradadır.

Daha çox ölüm hadisəsi ABŞ-da (286 min), Braziliyada (178 min) və Hindistanda (140,9 min) qeydə alınıb.

Pandemiya dövründə Azərbaycan Respublikasında koronavirus infeksiyasına 154 min 152 yoluxma faktı müəyyən edilib. 93 min 411 nəfər müalicə alaraq sağalıb, 1713 nəfər bu xəstəliyin qurbanlarına çevrilib, hazırda 59 min 28 pasiyentin müalicəsi davam edir.

Teqlər