ABŞ universitetlərində söz azadlığı sıxışdırılır
https://azeri.sahartv.ir/news/dünya-i370590-abŞ_universitetlərində_söz_azadlığı_sıxışdırılır
Yeni bir araşdırmanın nəticələri göstərir ki, Amerika boyu mövcud olan universitetlərin səksən səkkiz faizi söz azadlığını məhdudlaşdırır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2020 15:03 Asia/Baku
  • ABŞ universitetlərində söz azadlığı sıxışdırılır

Yeni bir araşdırmanın nəticələri göstərir ki, Amerika boyu mövcud olan universitetlərin səksən səkkiz faizi söz azadlığını məhdudlaşdırır.

SəhərAzəri xəbər verir, «FIRE» adlanan «Təhsildə Fərdi Hüquqlar Fondu» tərəfindən Amerika boyu 478 ali təhsil müəssisəsində aparılan araşdırma göstərir ki, hər on ali təhsil müəssisəsindən doqquzu söz azadlığını müəyyən formada məhdudlaşdırır.

«FIRE» amerikan fondu bu araşdırmada söz azadlığı üçün nəzərdə tutduqları məhdudiyyət miqdarına əsasən, ABŞ universitetlərini qırmızı, sarı və yaşıl kimi üç qrupa ayırıbdır.

Bu araşdırma göstərir ki, ABŞ universitetlərinin iyirmi bir faizi qırmızı, 65 faizi isə sarı qrupda yerləşir.

Araşdırma həmçinin göstərir ki, bütün Amerika universitetlərində tələbə və müəllimlər öz fikirlərini bildirdiklərinə görə, cəzalara məruz qalırlar.