Avropada əhalinin qocalması iqtisadi problemlərə gətirib çıxarır
Beynəlxalq Valyuta Fondu Avropanın cənub şərq ölkələrində əhalinin yaşlanmasının iqtisadi inkişafın dayanmasına səbəb olacağı ilə bağlı xəbərdarlıq edib.
SəhərAzəri xəbər verir, son statistikalara əsasən, üç Baltikyanı respublikasında yəni Estoniya, Latviya və Litvada əhalinin yaşlanma nisbəti Avropanın orta göstəricisindən iki dəfə çoxdur.
Beynəlxalq Valyuta Fondunun məlumatına görə, işçi qüvvəsinin 25 faiz azalması iqtisadi artım üçün əsasə maneə sayılır. Bu ölkələrin əhalisinin yarısı 50 yaşdan yuxarıdırlar.Aşağı doğum səviyyəsi və kütləvi miqrasiya bu ölkələrin əhalisini qoca və gücsüz edibdir. Halbuki, üç dekada əvvəl yəni 1990-cı illərdə Baltikyanı ölkələr ortalama 33 yaşla ən gənc ölkələrdən hesab edilirdirlər. Son zamanlar koronavirus da bu böhranı kəskinləşdiribdir.
Hesabatda əlavə edilib ki, Baltikyanı ölkələr yaşlanan əhali və iqtisadi problemləri həll etmək üçün bir miqrasiya siyasəti qəbul ediblər, ancaq miqrantların çoxu bu ölkələrdə uzun müddət qala bilmədikləri üçün praktiki olaraq, bu siyasətin uğursuz olduğu bildirilib.