2020-ci ildə ABŞ-ın silah ixracı 2,8 faiz artıbdır
Cari maliyyə ilində ABŞ-ın xarici ölkələrə silah satışında 2,8 faiz artım qeydə alınıb və 175 milyard dollara çatıbdır.
SəhərAzəri Röyters-ə istinadən xəbər verir ki, Barak Obama dövrünə nisbətən Donald Trampın prezidentliyi dövründə məhdudiyyətlərin azalması ABŞ-dan silah alınmasında artıma səsəb olub. Keçən maliyyə ilində ABŞ 170 milyard dollar dəyərində hərbi təchizat satıb.
Qeyd edək ki, xarici şirkətlər ABŞ şirkətlərindən iki əsas yolla silah alırlar; Birbaşa, hökumətlər və istehsalçı şirkətlər arasında danışıqlar yolu ilə və ya xarici hökumətlər paytaxtlarındakı ABŞ səfirliyi vasitəsilə ABŞ-ın Müdafiə Nazirliyi rəsmiləri ilə əlaqə saxlamaq yolu ilə.
ABŞ Dövlət Departamenti bildirib ki, cari maliyyə ilində ABŞ şirkətlərinin birbaşa silah satışı 8,4 faiz artaraq, 124,3 milyard dollara çatıbdır. Bu göstərici 2019-cu ildə 114,7 milyard dollar olubdur. Lakin ABŞ hökuməti vasitəsilə silah satışı 8,3 faiz azalaraq, 50,78 milyard dollara çatıbdır.