ABŞ-da COVID-19 qurbanlarının sayı 300 mini keçib
https://azeri.sahartv.ir/news/dünya-i370795-abŞ_da_covid_19_qurbanlarının_sayı_300_mini_keçib
ABŞ-da yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı 300 min 267 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 15, 2020 09:11 Asia/Baku
  • ABŞ-da COVID-19 qurbanlarının sayı 300 mini keçib

ABŞ-da yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı 300 min 267 nəfərə çatıb.

SəhərAzəri xəbər verir, bu barədə Cons Hopkins Universiteti federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında açıqladığı hesabatında bildirib.

Məlumata görə, pandemiya başlayandan bəri ölkədə 16 388 504 nəfər koronavirusa yoluxub. Yoluxanların əksəriyyəti Kaliforniya ştatında (1 598 389), daha sonra Texas (1 411 749), Florida (1 134 383), İllinoys (856 118) və Nyu-York (784 204) ştatlarında qeydə alınıb.