Dek 18, 2020 11:17 Asia/Baku
  • ABŞ-ın infrastrukturlarına qarşı geniş kiberhücumlar davam edir

ABŞ-ın infrastrukturlarına qarşı geniş kiberhücumların davamında bu dəfə bu ölkənin energetika nazirliyi və nüvə təhlükəsizliyi təşkilatı hədəfə alınıb.

SəhərAzəri xəbər verir, Hakerlərin kiberhücumuna məruz qalmış nüvə təhlükəsizliyi təşkilatı Amerikanın federal təşkilatlarından biridir. Vəzifəsi, Birləlşmiş Ştatların nüvə cəbbəxanalarına nəzarətdir.

Bu istiqamətdə Amerikanın federal rəsmiləri bu ölkənin həssas orqanlarına qarşı həyata keçirilmiş kiberhücumlar haqda təcili xəbərdarlıq veriblər.

Verilən məlumata görə, hakerlər öz hücumlarında federal hökumətə qarşı böyük təhdid hesab olunan metodlardan istifadə ediblər.

Müstəntiqlərin qənaətnə görə, amerikan sistemlərin bu kiberhücumlardan təsirlənmə miqdarının dəyərləndirilməsi bir neçə ay sürəcək.

Amerikanın yeni seçilmiş prezidenti Co Bayden də son kiberhücumlara reaksiyada deyib: Düşmənlərimiz bilsinlər ki, mən Amerikanın prezidenti kimi kiberhücumlar qarşısında susmayacağam.

Məlumatlı mənbələrin informasiyalarına görə, bundan öncə də bir qrup haker xarici bir hökumətin dəstəyilə Amerika maliyyə nazirliyi, rabitə idarəsi və milli təhlükəsizlik təşkilatına sızaraq, onların məlumatlarını oğurlaya bilmişdi.

«Vaşinqton Post» qəzeti bu barədə belə yazıb: Rus hakerlər bu hakda əli olmaqda ittiham ediliblər. Amma bu barədə heç bir fakt tapılmayıbdır.

Belə bir halda, Rusiya həmin ittihamları təkzib edərək, onları əsassız adlandırıbdır.

Teqlər